Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-17 11:47:00
Finlandiya təhsilinin daha bir neçə möcüzəsi-1 müəllim yerinə 20 min namizəd

Finlandiya təhsil sistemi neçə ildir dünyada ilk üçlükdədir. Burada bir müəllim yerinə 2500, hətta 20 000-ədək namizəd olur. Onların orta əmək haqqı 3500-4000 avro olur. Bu ölkədə müəllimlərlə müqaviləni 1 ildən artıq müddətə bağlamırlar. 1 ilin tamamında isə həmin müəllimin işini nəzərdən keçirir, onu  qiymətləndirirlər. İşi qənaətbəxşdirsə, onun müqaviləsini uzadır, pis olduqda ləğv edirlər. Bir yerə xeyli namizəd olduğuna görə, müəllimlər işlərini keyfiyyətli görməyə çalışırlar. Müəllimin yanında həm də onun assistenti olur.

 

“Şagird dərsdə sağa baxanda müəllimdən tənbeh eşitmir”

 

İmtahan isə yalnız VIII sinifdən sonra 1, və ya 2 dəfə keçirilir. VII-VIII sinfəcən gündəlik deyilən şey olmur, ev tapşırığı verilmir. Valideynlərə heç vaxt uşaqlarının pis və ya yaxşı oxuduğunu demirlər.  Bundan əlavə, sinifdə 20 şagird varsa, onların hər birinə fərdi yanaşma da var. Yarım saat dərs keçirilirsə, 20 dəqiqə uşaqları təmiz havaya çıxarırlar. I sinfə gedən uşağa dövlət tərəfindən planşet, isti gödəkçə və çanta verilir.

 

Şagirdləri əzbərçiliyə deyil, düşünməyə sövq edirlər. Biz şagirdə deyirik ki, 2-nin üstünə 2 gələndə 4 edir. Amma onlar şagirdə deyir ki, “bəlkə başqa üsul var? Özün düşün. Beləcə şagirdi düşünməyə, alternativlər axtarmağa sövq edirlər.

 

Orada parta anlayışı yoxdur. Uşaqlar bardaş qurub yerdə otururlar. Şagird əlini partanın üstünə qoyub farağat oturmaq məcburiyyətində deyil. Şagird sağa baxanda müəllimdən tənbeh eşitmir. Məktəbli forması da yoxdur. Buna görə də sərbəst böyüyürlər. Finlandiyada şagirdi məktəbdən bezdirmirlər. Bizdə isə  yaşdan şagird məktəbə gedir, orada uşaq sıxılır ki, mən artıq böyümüşəm. Amma Finlandiyada uşaq məktəbə gedəndə belə özünü uşaq kimi hiss edir.

 

“Universitetə qəbul olmaq üçün orta məktəb məzunlarına yalvarırlar”

 

Finlandiyada universitetə qəbul olmaq üçün orta məktəb məzunlarına yalvarırlar. Çünki VIII-IX siniflərə çatanda çoxu peşə məktəblərinə maraq göstərir. Peşəni öyrənəndən sonra elmlə məşğul olmaq və ya peşələrini daha da dərindən öyrənmək istəyirlərsə, öz profillərinə uyğun ali məktəblərə gedirlər. Finlandiya vətəndaşları üçün təhsil demək olar ki, pulsuzdur. Amma xaricdən gəlib oxuyanlara ödəniş etməlidirlər.