Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-16 11:48:00
Ən çox şans II ixtisas qrupdadır - DİM sədrindən müjdə

"Bu il ali təhsil müəssisələrinə imtahan vermədən qəbul olmaq üçün 20229 subbakalavr müraciət edib".

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı keçirilən mətbuat konfransında qeyd edib.

 

Sədr II ixtisas qrupu üzrə subbakalavrların qəbul olma şansının daha yüksək olduğunu qeyd edib:

 

"Ötən il 19295 nəfər ərizə təqdim etmişdi. Ötən il 6810 subbakalavr ali təhsil müəssisələrinə qəbul ola bilmişdi. Bu il plan yerləri və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayını nəzərə alsaq yalnız ikinci ixtisas qrupu üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur".