Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-16 11:25:00
"Bəzi abituriyentlər üçün hansı ixtisasda və ya ali məktəbdə oxumasının heç bir fərqi yoxdur"-Məleykə Abbaszadə 

"İxtisas seçimi ailə çərçivəsində müzakirə olunmalıdır".

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı keçirilən mətbuat konfransında qeyd edib.

 

O,bəzi abituriyentlərin məqsədinin sadəcə ali məktəbə qəbul olmaq olduğunu bildirib:

 

"Valideynlə ödənişli və ya dövlət sifarişli yerləri yazmaqda məsləhətləşmək lazımdır. Və ya hansı regionda yerləşən universiteti yazmağı seçəndə orada oxumaq, qalmaq imkanları sizə ən yaxın insanlarla müzakirə olunmalıdır. Ona görə də hər kəs öz strategiyasını müəyyən etməlidir. Burada iki növ strategiya ola bilər. Birinci halda abituriyentlər yalnız konkret ixtisası seçirlər. Bu il alınmasa, gələn il də cəhd etmək olar.

Əsas odur ki, siz məqsədinizdən dönməyəsiniz. Müsabiqə vəziyyətinin reallıqlarını da nəzərə alıb qərar vermək lazımdır. İkinci halda isə abituriyentlərin hansı ixtisasda və ya ali məktəbdə oxumasının heç bir fərqi olmadığını görürük. Onların məqsədi yalnız ali məktəbə qəbul olmaq olur".