Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-16 13:03:00
Bu qrupu seçənlər DİQQƏTLİ OLUN-4500 abituriyent tələbə ola bilməyəcək

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

 

AzEdu.az həmin nəşrə əsasən xəbər verir ki, III ixtisas qrupunun DT altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən aşağı olmayan 13796, ümumi balı 150-dən və imtahan ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 16572 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

 

III ixtisas qrupunun TC altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən aşağı olmayan 2156, ümumi balı 150-dən və imtahan ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 3138 abituriyent müsabiqədə iştirak etmək hüququ eldə edib.Ümumi olaraq III ixtisas qrupu üzrə 19710 abituriyent müsaqibədə iştirak etmək hüququ qazanmışdır.

 

Qeyd edək ki, III qrupda 15 157 plan yeri ayrılıb. Bu isə o deməkdir ki, həmin ixtisas qrupu üzrə 4553abituriyent tələbə adını qazana bilməyəcək.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları