Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 12:35:00
Məleykə Abbaszadədən təhsil ekspertlərinin iradlarına cavab- “Guya imtahanlar çətindir”

 

“Müəyyən ekspertlər cəmiyyətdə belə bir fikir formalaşdırmağa çalşırlar ki, guya imtahanlar çətindir, abituriyentlər bunun öhdəsindən gələ bilmirlər”.

 

AzEdu.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrilə bağlı canlı yayımda deyib.

 

“Amma onlara cavab real statistikadır. Bəzi fikirlər səsləndirilirdi ki, keçənilki nəticələr builkilərə nisbətən daha yüksək idi. Ancaq biz buna cavab olaraq vahid müqayisəli qrafiki təqdim edirik və saytımızda da yerləşdirəcəyik”.