Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 13:16:00
Ukrayna təhsilində son vəziyyət necədir?-Nazir açıqladı

 

Rusiya Federasiyasının silahlı müdaxiləsi nəticəsində yaranan hərbi vəziyyət səbəbilə Ukraynada artıq 3-cü həftədir ki, distant təhsil prosesi tətbiq olunur.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Ukrayna Elm və Təhsil naziri Sergey Şkarlet ümumi olaraq ölkə təhsilindəki son vəziyyəti nəzərə çatdırıb.

 

Nazir bildirib ki, ölkənin regional hərbi idarələrinin təhsil və elm şöbəsindən verilən məlumata görə, 13 vilayətdə bütün ümumi orta təhsil müəssisələrində tədris prosesi distant formada təşkil edilir. 4 rayonda məktəbin bir hissəsi tədrisi distant formada həyata keçirir, digər hissəsində isə bu mümkün deyil. Tədris prosesi 5 rayonda qismən, təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı 2 vilayətdə isə tamamilə dayandılıb. Bir bölgədəki vəziyyətdən isə davam edən aktiv hərbi əməliyyatlar səbəbilə məlumat yoxdur.

 

Həmçinin hərbi əməliyyatlar səbəbilə digər ölkələrə təxliyə olunan məcburi köçkün məktəblilər isə həmin ölkələrdən onlayn dərslərə qoşula bilirlər. Ukrayna tərəfindən yaradılan onlayn dərs platformasına digər ölkələrdən qoşulan müvəqqəti məcburi köçkün şagirdlərin sayı, artıq, 51 minə çatıb.

 

8 rayonda bəzi uşaq bağçalarında təhsilalanlar və onların valideynlərilə təlimlərin aparılması üçün distant təhsil vasitələrindən istifadə edildiyi qeyd olunub. Bəzi bölgələrdə bağçalar fəaliyyətlərini adi şəkildə bərpa ediblər. Digər regionlarda isə ümumiyyətlə tədris prosesi dayanıb.

 

Nazir həmçinin qeyd edib ki, Ukrayna Elm və Təhsil Nazirliyi ilə UNİCEF-in birgə tərəfdaşlığı əsasında 3-6 yaş uşaqlar üçün video dərslərin yerləşdirildiyi NUMO adlı onlayn uşaq bağçası istifadəyə verilib.