Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-10 10:49:00
"Valideyn direktora "yaxşı ki, övladıma o şilləni vurmusunuz" deməlidir” -Əks-reaksiya

 

“Çoxumuz valideyinlərimizin müəllimlərimizə "əti sənin,sümüyü mənim",bizlərə isə "məktəbdə sənin atan da, anan da müəllimindir"deyilən bir dövrdə böyümüşük”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Adil Vəliyev qeyd edib.

 

Ekspert,-“müəllimlərimizin səhvimizi təkrar etdiyimiz zaman vurduqları da olub”-deyə qeyd edib:

 

“Düşünmürəm ki, pis təlim, tərbiyə görmüşük. Əksinə, müəllimlərimiz bizə valideyn qayğısı göstərib, biz də müəllimlərimizə valideyinlərimizə göstərdiyimiz hörmətin eynisini etmişik. Səhv hərəkətimiz olduğunda başa salıblar, təkrar eyni səhvi etdikdə vurduqları da olub. Bu "vurmaq" bizdə etdiyimiz səhvi dərk etməyimizə səbəb olub. İndi bizə ağır gələn nədir? Hər fürsətdə müəllimi günahkar bilib, daha sonra ondan nə tələb edə bilərik?”.

 

Ekspert Bakı şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisəyə münasibət bildirib:

 

“Valideyn evdə övladına necə tərbiyə verirsə,şagird məktəbdə eyni tərbiyəni göstərir. Nə qədər etiraf edilməsə də, evdə təhlükəli hərəkət, nadinclik edəndə valideynlər də övladlarını vura bilir. Diqqət etsəniz, "döyə bilir" demirəm, halbuki, döyənlər də az deyil. Düşünürəm ki, son olan hadisədə valideyn direktora "yaxşı ki, övladıma o şilləni vurmusunuz" deməlidir”.

 

O son olaraq,-“Təhsildə olan problemləri nə Təhsil Nazirliyinin,nə direktorun,nə də müəllimin üstünə atmaqla həll etmək olmaz.Valideyn olaraq övladımızın qayğısına qalıb həm problemləri ilə,həm də təhsili ilə maraqlanmalıyıq”-deyə qeyd edib.