Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 14:45:00
Məktəblər maska ilə təmin olunsun-Deputatdan çağırış

Əyani tədrisin bərpasından sonra Bakı məktəblərində koronavirusa (COVİD-19) yolxuma halları müşahidə edilməyə başlayıb. Artıq Bakının bir neçə dövlət və özəl məktəbində yoluxma ilə bağlı olaraq bəzi siniflərdə tədrisin distant formasına keçilib. Bəs görəsən, şagirdlər arasında yolxuma hallarının artma səbəbi nədir? Uşaqlar məktəbdə məcburi olaraq maska taxmalıdırmı?

Mövzu ilə bağlı danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev bildirib ki, şagirdlər mütləq maskadan istifadə etməlidir:

“Qapalı məkanda maska taxmaq çox vacibdir. Fərqi yoxdur, istər məktəb olsun, istər digər bir müəssisə. Müəllim şagirddən dərs soruşan zaman uşaq maskanı çıxara bilər. Digər bir məsələ isə məktəblərin maska ilə təmin olunması məsələsidir. Təminat olmalıdır ki, uşaqlar maska taxa bilsin. Xüsusilə yuxarı sinif şagirdləri maskadan istifadə etməlidir. Hesab edirəm ki, hər bir məktəbdə qoruyucu vasitə olaraq tibbi maskalardan mütləq istifadə edilməlidir”.

Deputat bildirib ki, aidiyyatı qurumlar və məktəb rəhbərliyi bu məsələdə aktiv olmalıdır:

“Məktəblərdə yoluxmanın artma səbəbi araşdırılmalıdır. Bəzi məktəblərdə vaksinasiyadan yayınan təhsil işçiləri və müəllimlər var. Hətta saxta COVİD-19 pasportu alanlar belə var. Bu şəxslər ən sərt şəkildə cəzanlandırılmalıdır”. (redaktor.az)