Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-21 14:36:00
12 illik təhsil labüddür - Deputat  

“Bu gün təcrübə göstərir ki, rayon şöbələri üzrə yox, bölgələr üzrə fəaliyyət daha effektlidir və aktualdır. Ümumi prosesin təhlili bunu söyləməyə əsas verir”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Prezident İlham Əliyevin Təhsil Nazirliyinin strukturunda dəyişiklik edilməsinə dair sərəncamını şərh edərkən bildirib.

Onun sözlərinə görə, regional təhsil idarələrinin yaradılması ölkə təhsilinin inkişafına öz müsbət və ciddi töhfəsini verəcək, çevik idarəetməyə, hadisələrə operativ reaksiya verməyə öz təsirini göstərəcək.


Deputat qeyd edib ki, regional Təhsil idarələrinin yaradılmasının gələcəkdə 12 illik təhsilə keçidlə bağlı bilavasitə əlaqəsi olmasa da, bu, beynəlxalq standartdır:

“Məsələ Prezidentin 2013-cü ildə imzaladığı təhsil strategiyası haqqında sənəddə öz əksini tapıb. Bu baxımdan düşünürəm ki, birdən -birə 12 illik təhsilə keçə bilmərik. Bunun üçün məktəb və müəllimlərin sayı, dərsliklər, proqramlar və s. çox ciddi hazırlıq olamalıdır. Ondan sonra yeni idarələrin təşkili ilə bu prosesə keçə bilərik. Burada artıq hər rayon şöbəsi üzrə yox, idarələr üzrə idarəetmədən söhbət gedir. Hesab edirəm ki, növbəti illərdə bu struktur islahatlarının nəticəsini görəcəyik”.

C.Məmmədov sonda bildirib ki, 12 illik təhsil labüddür, amma bu təhsilə keçid asan deyil.