Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-30 15:42:00
Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilib

2021-2022-ci il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu üzrə test imtahanları keçirilib.

Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun İnsan resursları mərkəzindən məlumat verilib. Bildirilib ki, sentyabrın 28-29-da keçirilən test imtahanı mərhələsində 941 namizəd iştirak edib. Namizədlərə 90 dəqiqə ərzində ixtisas, tədris metodikası və məntiq üzrə 60 sual təqdim olunub.

Xatırladaq ki, müsabiqə çərçivəsində respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub və ümumilikdə 1301 nəfər elektron ərizə ilə müraciət edib.