Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 11:47:00
Direktor müavinlərini ən çox düşündürən suala cavab – Vəzifədən  çıxarıldıqdan sonrakı aqibətləri...

Orta məktəblərdə direktor müavinləri ixtisasları üzrə dərs yükü ilə təmin edilirlər. Bəs, onlar tutduqları vəzifədən azad edilərkən müəllimlik fəaliyyətlərinə davam edə bilmələri qanunvericilikdə necə əks olunub? Belə olduqda, bu vəzifənin icrası kimə həvalə olunmalıdır?

AzEdu.az məlumat verir ki, qanunvericiliyə əsasən, ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilən direktor müavinləri tutduqları vəzifədən azad edilərkən, işlədikləri məktəbdə müəllim kimi saxlanıla bilərlər. Həmin müəssisədə vakant yer olmadığı halda isə bölgənin müvafiq fənn üzrə müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilirlər. Bu, təbii ki, həmin bölgənin təhsil şöbəsi ilə razılaşdırılmaqla ümumtəhsil müəssisəsinin direktoru tərəfındən həyata keçirilir.

Həmin ümumtəhsil müəssisəsində işə yeni direktor müavinlərinin qəbulu isə mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Bu, Təhsil Nazirliyinin razılığı ilə yerli təhsili idarəetmə orqanı tərəfindən tətbiq edilir. Bu zaman ümumtəhsil müəssisəsində müəllim işləyən, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il fasiləsiz pedaqoji stajı olan şəxslərin vəzifədə irəli çəkilməsi də nəzərə alınır. Təsərrüfat işləri üzrə direktor müavinləri isə istisnadır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları