Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 17:15:00
   Universitetlərə qəbul həftəsinin icmalı – Şans verilənlər, güzəşt edilənlər

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 30 avqust-5 sentyabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb:

 

 

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

 

Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb:

 

 

Bu il 4 nəfər beynəlxalq fənn olimpiadası, 33 nəfər respublika fənn olimpiadası, 49 nəfər idman, 1 nəfər incəsənt sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 8 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

 

 

13 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.

 

 

Bundan əlavə, 138 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 163 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

 

 

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

 

 

DİM 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək.

 

 

Ali məktəblərin boş yerləri üzrə ixtisaslar dərc olunub:

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.

 

 

Bu nömrədə 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

 

 

Abituriyentlər 7-20 sentyabrda qəbul olunduğu təhsil müəssisəsində qeydiyyatdan keçməlidir:

 

 

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər.

 

 

Uğur qazanmayan 365 namizəd onlayn formatda apellyasiya müsahibə verəcək:

 

 

Təhsil Nazirliyindən verilən məlumata görə, apellyasiyada iştirak etmək üçün 365 nəfər müraciət edib.

 

 

Növbəti mərhələdə müraciət etmiş şəxslər üçün onlayn formatda apellyasiya müsahibələrinin təşkil edilməsi nəzərdə tutulub.

 

 

ÜST və UNICEF Azərbaycanı məktəbləri açmağa çağırıb:

 

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi birgə məlumat yayıb.

 

 

Yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir.

 

 

Müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə start verilib:

 

 

3 sentyabr saat 18:00-dan etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə start verilir.

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları