Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-27 16:12:00
196 nəfər müsahibəyə gəlməyib, 846 namizəd uğur qazanıb-NƏTİCƏLƏR

 

25-26 avqust tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələri elan olunub.

 

İnsan Resursları Mərkəzindən verilən məlumata görə, müsahibə mərhələsində dəvət olunan 1100  namizəddən  904 nəfər iştirak edib.

 

AzEdu.az  xəbər verir ki, müsahibə mərhələsində iştirak edən  namizədlərdən 846 nəfəri uğur qazanıb.

 

Müsahibədə iştirak edən  904 namizəddən  43-ü  İbtidai sinif (rus bölməsi), 50-si Musiqi, 141-i Coğrafiya,  142-si Tarix, 255-i Azərbaycan dili və ədəbiyyat, 273-ü isə İbtidai sinif (Azərbaycan bölməsi) üzrə müsabiqəyə dəvət olunan namizədlərdir.