Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-27 11:50:00
Gələn il imtahan vermədən kolleclərə qəbul oluna biləcəksiniz-Abituriyentlərin DİQQƏTİNƏ  

Kolleclərə qəbul olmaq üçün imtahan verən əvvəlki illərin məzunlarının imtahan nəticələri iki il qüvvədə qalır. Həmin abituriyentlər gələn il imtahan vermədən kolleclərin müsabiqəsində iştirak edə bilərlər.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur.

Bu il buraxılış imtahanında iştirak edən və müsabiqə şərtini ödəyən abituriyentlər gələn il imtahan vermədən kolleclərin müsabiqəsində ( xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər.

Bu il kolleclərə qəbul olmaq üçün imtahan verən əvvəlki illərin məzunları da gələn il imtahan vermədən kolleclərin müsabiqəsində iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər.

Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları