Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-02 14:26:20
Naxçıvanda əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirilib

Naxçıvanda əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirilib.

 

AzEdu.az  Report-a istinadən xəbər verir ki, imtahanlar Naxçıvan şəhərindəki 5, 11, 12, 14, 15, Heydər Əliyev adına nömrəli tam orta məktəblərdə və DİM-in Naxçıvan MR regional bölməsində keçirilib.

 

İmtahanlarda iştirak etmək üçün 1 562 abituriyent qeydiyyatdan keçib.

 

İmtahanın keçirilməsi üçün ümumilikdə 19 imtahan rəhbəri və 154 nəzarətçi cəlb olunub.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi bu gün əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçirib. İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında təşkil edilib.