Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 09:44:00
Kolleclərə imtahan verənlərin bu balları NƏZƏRƏ ALINMIR

Məlum olduğu kimi, 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 15-dən yekunlaşıb.

 

Bəzi abituriyentlər var ki, ali təhsil müəssislərənə qəbul oluna bilmədikləri halda kolleclərə üz tutur.

 

Bu abituriyentləri bir sual maraqlandırır: kolleclərə sənəd verərkən onların həm buraxılış, həm də qəbul imtahanında topladığı bal hesablanacaq?

 

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

 

Bildirilib ki, kolleclərə ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. 

 

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 1-15 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.