Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 09:19:58
Ali məktəblərə və kolleclərə sənəd qəbulu BAŞA ÇATDI

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il 1 martda başlayıb və 15 mart saat 23:59-da yekunlaşıb.

Son məlumatlara görə, 105-dən çox abituriyent öz ərizəsini təsdiq edib. 7000-ə yaxın  abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, onu təsdiq etməyib.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər.