Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-08 11:38:00
Kollec məzunlarının universitetlərə qəbul şərtləri – DİM-dən açıqlama

 

Kollecləri bitirənlər (subbakalavr) təhsil aldığı ixtisasa uyğun olaraq ali  təhsil  müəssisələrinə  imtahansız  qəbul  ola bilirlər.

 

Bəs  subaklavrlar eyni ildə həm abiturient, həm də subbakalavr kimi imtahan verə bilər?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, subbaklavrlar həm də abituriyent kimi müsabiqədə iştirak edə bilərlər. Bu halda, həmin şəxslərin abituriyent və subbakalavr kimi seçdiyi ixtisas eyni ixtisas qrupuna aiddirsə, o zaman onlar müsabiqədə qəbul imtahanından topladığı balla iştirak edirlər. İxtisaslar fərqli qruplara aiddirsə, subbakalavr kimi seçdiyi ixtisasların müsabiqəsində müvafiq ixtisas qrupu (ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər bal əsasında, abituriyent kimi seçdiyi ixtisasların müsabiqəsində isə qəbul imtahanından topladığı bal əsasında iştirak edirlər.