Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 12:25:00
11-cilər 9-cu sinfin balı ilə kolleclərə qəbulda iştirak edə bilər? - Rəsmi CAVAB

Məlum olduğu kimi, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qeydiyyat (ərizə qəbulunun I mərhələsi) 15 mart tarixində yekunlaşıb.

 

Sosial şəbəkələrdə abituriyentlər kolleclərə qəbulla bağlı müxtəlif suallar verirlər.

 

Sualların biri ondan ibarətdir ki, 11-ci sinif şagirdi 9-cu sinfin buraxılış imtahanında topladığı ballla kolleclərə ixtisas seçimində iştirak edə bilər ?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata görə, 11-ci sinif şagirdi 9-cü sinfin buraxılış imtahanın nəticəsi ilə kolleclərə qəbul müsabiqəsində iştirak edə bilməz. O, mütləq kolleclərə qəbul imtahanında iştirak etməlidir.

 

Qeyd edə ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrların (kollec məzunları) ərizələrinin qəbulu aprel ayının sonu may ayının əvvəlində internet vasitəsilə aparılacaq. Konkret tarixlər müəyyən olunan kimi məlumat veriləcək.