Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-25 15:27:00
Subbakalavrlar seçdikləri ixtisasları dəyişə bilməyəcəklər-VACİB XƏBƏRDARLIQ

“Yaşı çox olan subbakalavrlar ixtisas seçimi zamanı nəzərə almalıdır ki, sonradan əyanini qiyabiyə dəyişmək olmayacaq. Əsasən bunu o səbəbdən edirlər ki, hazırki işlərini itirməsinlər, buna görə də seçim edəndə diqqətli olsunlar. 3-cü qrupa daxil olmaq istəyən subbakalavrlar regional universitetlərə fikir versinlər”.

 

AzEdu.az-ın məlumatına görə, bunu DİM sədri M.Abbaszadə canlı yayımda səsləndirib. O, qruplar üzrə ixtisas seçimində iştirak edəcək subbakalavrlar haqda proqnozu da açıqlayıb:

 

 

“1 və 2-ci qruplarda seçim edən subakalarvlar həm regionda, həm də Bakıda universitetləri seçmək şansları çoxdur. Xüsusilə 2-ci qrupda onların şansı yüksəkdir. Bütün abituriyentlər 2-ci qrupa qəbul olunsalar yenə də boş yerlər qalır. 4-cü qrupda isə kənd təsərrüfatı ixtisaslarında şansları yüksək olacaq. Tibb ixtisaslarında isə onlara növbə çatmayacaq”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları