Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-25 15:11:00
Subbakalavrlar abituriyentlər üçün rəqib deyil-DİM sədri

“2020-ci ildə ixtisas seçimində 13798 subbakalavr iştirak etdi. Onlara avtomatik olaraq müsabiqədə iştirak balı verilir və onlar bu balla qoşulurlar. Əvvəlcə abituriyentlər plan yerlərinə yerləşdirilir, daha sonra boş yer qalırsa subbakalavrlar qəbul olunurlar”.

 

AzEdu.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə açıqlayıb. O, subbakalavrların abituriyentlərə rəqib olmadığını vurğulayıb:

 

 “Subbakalavrlar abituriyentlər üçün rəqib deyil. 5179 subbakalavr 2020-ci ildə ali məktəblərə qəbul olundu. Onlardan 788-i dövlət sifarişli yerlərə təyin edildi”.  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları