Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-24 14:10:00
Dekan, kafedra müdiri və müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR 
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası dekan, kafedra müdiri və müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir.
 
AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlərin dekan vəzifəsinə fakültənin, kafedra müdiri vəzifəsinə isə müvafiq kafedranın profilinə uyğun yüksək, peşə-ixtisas hazırlığı, elmi ad və elmi dərəcələri olmalıdır. Sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyi kolleqiyasının 15 noyabr 2017-ci il tarixli, 5/5 saylı qərarı ilə təsdiq edilmiş qaydalara əsasən elan dərc olunandan bir ay müddətinədək Akademiyaya təqdim edilməlidir.
 
 
1. Maliyyə fakültəsi - dekan
 
2. İqtisadiyyat fakültəsi - dekan
 
3. Maliyyə və mühasibat uçotu - kafedra müdiri
 
4. Ümumi riyaziyyat və təbiət elmləri fənləri - kafedra müdiri
 
5. Sosial tərəfdaşlıq HİH və humanitar fənlər kafedrası - kafedra müdiri
 
 
Müəllim vəzifələrinin müsabiqəsində iştirak etmək istəyənlərin müvafiq ixtisas üzrə elmi dərəcələri olmalıdır. Sənədlər Azərbaycan Respublikası təhsil nazirinin 7 avqust 1996-cı il tarixli, 401 saylı əmri ilə təsdiq edilmiş qaydalara əsasən elan dərc olunandan bir ay müddətinədək Akademiyaya təqdim edilməlidir.
 
1. Mühasibat və maliyyə uçotu – 1 yer
 
2. Maliyyə və bank işi – 1 yer
 
3. Vergilər və vergitutma – 0,5 yer
 
4. Audit – 1 yer
 
5. Maliyyə nəzarəti və audit, maliyyə bazarları – 0,5 yer
 
6. İdarəetmə uçotu və idarəetmə təhlili – 0,5 yer
 
7. Sığorta işi – 0,5 yer
 
8. Maliyyə hesabatlarının təhlili və maliyyə təhlili – 0,5 yer
 
9. Statistika – 0,5 yer
 
10. Mikroiqtisadiyyat və makroiqtisadiyyat – 2,5 yer
 
11. Menecment – 0,5 yer
 
12. Marketinq –0,5 yer
 
13. Dünya iqtisadiyyatı – 0,5 yer
 
14. İqtisadiyyatın tənzimlənməsi – 0,5 yer
 
15. Aqrar və sosial sahələrinin iqtisadiyyatı – 0,5 yer
 
16. Biznesin əsasları, Qiymət və qiymətləndirmə – 1 yer
 
17. Azərbaycan iqtisadiyyatı – 1 yer
 
18. Ətraf mühitin iqtisadiyyatı – 0,5 yer
 
19. İnsan resurslarının idarə edilməsi – 0,5 yer
 
20. Riyaziyyat – 1,5 yer
 
21. Mülki müdafiə – 0,5 yer
 
22. Ekologiya – 0,5 yer
 
23. İqtisadi informatika və İKT – 2 yer
 
24. İşgüzar yazışmalar, Azərbaycan dili və nitq mədəniyyəti – 1 yer
 
25. Azərbaycan tarixi – 1 yer
 
26. Sosiologiya – 1 yer
 
27. Hüquq – 2,5 yer
 
28. Sosial iş – 2 yer
 
29. Xarici dil – 4 yer
 
30. Sosial tərafdaşlıq – 0,5 yer
 
31. Sosial təminat– 0,5 yer
 
32. Multikulturalizmə giriş – 0,5 yer
 
Telefonlar: 563-13-07, 563-06-88
 
Ünvan: AZ 1130, Bakı şəhəri, Azadlıq prospekti 181.