Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-23 16:34:00
Pediatrdan SOS : “Qızılcanın fəsadları illərlə bədəndə qalır”  

Son günlərdə ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində bir-birinin ardınca şagird və tələbələrin qızılcaya yoluxması faktı ilə qarşılaşırıq.

 

Daha çox şagirdlərin yoluxduğu bu infeksiyadan qorunmağın yolları və müalicəsi ilə bağlı həkim-pediatr Nigar Sədiyeva AzEdu.az-a açıqlama verib.

 

 Açıklama yok.

Həkim bildirib ki, infeksiyadan qorunmağın tək çıxış yolu vaksin vurdurmaqdır: “Qızılca üçün nəzərdə tutulmuş peyvənd 1 və 6 yaşlı uşaqlara vurulur. Əgər peyvənd olunma yaşını keçiribsə və peyvənd olunmayıbsa, o halda sonradan qızılcaya qarşı vaksin vurdurmaq olar.  2021-ci ildə Avropada 156, 2022-ci ildə 908, 2023-cü ilin ilk 8 ayında isə 15 mindən çox insanda qızılca aşkarlanıb. Bəzən şəxs özü virusa yoluxduğundan xəbərdar olmur və insanlarla ünsiyyətə girir. Nəzərə alsaq ki, il ərzində ölkəmizə minlərlə xarici vətəndaş səyahət edir, bu da özlüyündə virusun yayılma sferasını genişləndirir”.

 

N.Sədiyeva qeyd edib ki, qızılcanın fəsadları illərlə bədəndə qalır: “Qızılca virusuna yoluxan şəxs sağalsa belə, 10 il sonra da onun fəsadları ilə üzləşə bilər. Belə olduğu halda artıq heç bir müalicə üsulu xəstənin sağalmasına kömək etmir. Qızılcaya yoluxmaq ancaq uşaq yaşlarda olmur. İstənilən yaş qrupu bu infeksiyaya yoluxa bilər. Valideynlər düşünə bilər ki, uşaq qızılcaya yoluxmayıbsa, sonra da yoluxmayacaq. Xeyr, bu belə deyil. Əgər yoluxma yoxdursa, olmayacağı anlamına gəlmir. Mütləq şəkildə peyvənd vurulmalıdır”.

 

N.Sədiyeva qızılcanın əlamətləri barədə məlumat verib: “Qızılcanın ilkin əlamətlərində tənəffüs yolları infeksiyaları müşahidə olunur. Buna görə də insanlar qızılcaya yoluxduğu halda qrip olduqlarını düşünə bilərlər. Sonrakı mərhələdə isə yüksək hərarət özünü göstərir. Nadir hallarda səpkilər olmaya bilir, ancaq ümumilikdə qızılcaya yoluxma hallarında bədənin müxtəlif nahiyələrində səpkilər görülür. Qızılcaya yoluxmuş şəxsdə görülən ən qorxulu fakt mərkəzi sinir sisteminə verə biləcəyi zərərdir. Bu isə özlüyündə beyində ciddi  zərərlərə, karlığa, pnevmoniyaya və günlərlə enməyən tempuraturaya səbəb olur. Bədəndəki səpkiləri başqa infeksiyalarda müşahidə olunan səpkilərlə qarışdıra bilərlər. Buna görə də uşaqlarda qızılca şübhəsi varsa, mütləq pediatra müraciət edilməlidir. Yoluxma faktı təsdiqləndikdən sonra izoliyasiya tədbirləri görülməlidir”.

 

Həkim vurğulayıb ki, yoluxma faktı təsdiqləndikdən sonra peyvənd vurdurmaq olmaz: “Qızılcaya yoluxmuş insanla təmas olunubsa, bu halda yoxlanış etdikdən qoruyucu üsullarla qızılcaya yoluxma faktının qarşısını almaq olur. Bu vəziyyətdən asılı olaraq bəzi hallarda peyvənd, bəzi hallarda isə fərqli üsullarla qarşı alınmağa çalışılır".