Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-20 13:36:00
Bu ixtisaslara müsabiqə yolu ilə qəbul aparılmır-Subbakalavrların nəzərinə

Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün 2021 ci il avqustun 30-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

 

AzEdu.az xəbər verir ki, subbakalavrların qəbul imtahanlarında iştirak etmədən aşağıda göstərilən ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır:

 

- Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar;

- ADA Universitetinin ixtisasları;

- Bakı Ali Neft Məktəbinin ixtisasları.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

 

Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.