Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 18:56:00
MİQ-nin nəticələri elan olunub
11-14 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi.
 
 
AzEdu.az xəbər verir ki,Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimlərində 939 namizəd uğur qazanıb. Seçimlərdə uğur qazanmış namizədlər üçün 18 avqustdan etibarən müsahibə mərhələsinə başlanılacaq. Namizədlər aşağıdakı link vasitəsi ilə müsahibə mövzuları ilə tanış ola bilərlər:
 
 
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.