Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-06 13:48:00
MİQ üzrə rəqəmsal bacarıqlar BU MƏKTƏBLƏRİ əhatə edəcək

2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə vakansiya seçimi etmək imkanı verilir.

 

 

Bu vakansiyanı seçəcək müəllim namizədləri narahat edən məsələlərdən biri də, “Rəqəmsal bacarıqlar” layihəsinin bütün ümumi təhsil məktəblərinə aid olub-olmaması ilə bağlıdır. 

 

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, layihə ölkə üzrə müəyyən məktəbləri əhatə edir. 

 

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən etibarən həyata keçirilir və təhsilalanlara yeni texnologiyanı, rəqəmsal bacarıqları, proqramlaşdırmanı təcrübədə öyrənməyə imkan verir. Növbəti tədris ilindən etibarənin layihənin genişləndirilərək 190 min şagirdi əhatə etməsi planlaşdırılır.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları