Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-26 17:48:00
"SABAH Magistratura" proqramı peşəkar kadr hazırlığını təmin edəcək

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edəcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən “SABAH Magistratura” layihəsi çərçivəsində ADPU-da təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması 2021-2022-ci tədris ilindən başlayaraq pedaqoji problemlərin həlli, elmi-tədqiqat və elmi axtarışların aparılması sahəsində dərin bilik və bacarıqlara yiyələnən mütəxəssislərin yetişdirilməsi üçün yaradılıb. Bununla yanaşı, layihənin əsas hədəfi müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir.

 

“SABAH Magistratura” proqramı çərçivəsində Təhsil İnstitutu tərəfindən xaricdə təhsil almış elmi dərəcəli azərbaycanlı mütəxəssislərin iştirakı ilə məzmunun hazırlanması, yerli tədris işçiləri ilə yanaşı, beynəlxalq təcrübəyə malik professor və müəllim heyətinin seçilməsi, onlar üçün təlimlərin keçirilməsi, magistrantlar üçün öyrənmə və tədqiqata yönəlmiş dərsdənkənar fakültativ məşğələlərin, tələbələr üçün karyera xidmətinin, “Tədqiqat menecerləri” proqramının təşkili və maddi-texniki bazanın qurulması və təkmilləşdirilməsi nəzərdə tutulub.

 

Layihə komandasına müvafiq sahə üzrə xaricdə təhsil almış azərbaycanlı gənc mütəxəssislər də cəlb olunub.