Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-07 12:53:00
Famil Mustafayev: 2021-ci ilin mart–iyun ayları ərzində 248 dissertasiya müdafiəsi keçirilib  

2018–2021-ci illər üzrə 1098 iddiaçıya fəlsəfə doktoru, 183 iddiaçıya elmlər doktoru elmi dərəcəsi verilib. Qeyd edilən elmi dərəcələrin 53 faizi humanitar və ictimai, 14 faizi kimya və biologiya, 11 faizi tibb və 11 faizi texnika elmləri sahəsini, qalan 11 faizi isə digər elm sahələrini əhatə edir.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev AAK və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi-tədqiqat müəssisələrinin akkreditasiya prosesinin gücləndirilməsi barədə birgə layihəsinin təqdimatında deyib.

O bildirib ki, 2021-ci ilin mart–iyun ayları ərzində 248 (onlardan filologiya elmləri üzrə – 50, tibb elmləri üzrə – 35, iqtisad elmləri üzrə – 34, texnika elmləri üzrə 27 və biologiya elmləri üzrə – 18) dissertasiya müdafiəsi keçirilib.