Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-15 14:40:00
“Məktəblərdə müəllimlərin əmək kitabçaları düzgün doldurulmur” - TƏHSİL NAZİRLİYİ  

 

 

“Bəzən müəllimin çalışdığı əvvəlki yerlərdə sənədləşmə işləri düzgün aparılmır, əmrlər düzgün tərtib edilmir və ya əmək kitabçaları düzgün doldurulmur. Bütün bunların əziyyətini isə müəllimlər çəkməli olurlar”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil tv-nin “Həftənin sualı” verilişi zamanı Təhsil İşçilərin Peşəkar İnkişafı İnstitutunun nəznində İnsan resursları mərkəzinin direktor əvəzi Murad Camalzadə deyib. O, müəllimlərin şəxsi işlərinin araşdırılması zamanı sıx müşahidə olunan problemlərdən danışıb:

 “Müxtəlif müsabiqələrlə bağlı müəllimlərin şəxsi işlərini nəzərdən keçirməli oluruq. Onların sənədlərinin araşdırılması zərurəti ortaya çıxır. Bu zaman sıx müşahidə etdiyimiz məqamlar var. Bəzən müəllimin çalışdığı əvvəlki yerlərdə sənədləşmə işləri düzgün aparılmır, əmrlər düzgün tərtib edilmir və ya əmək kitabçaları düzgün doldurulmur. Bütün bunların əziyyətini isə müəllimlər çəkməli olurlar”.

O, belə problemlərlə üzləşən müəllimlərə çalışdıqları ümumtəhsil müəssisəsinə müraciəti tövsiyə edib:

“İstənilən halda bu məsələlərə işəgötürən olaraq məktəbdə baxılmalıdır. Sənədləri ilə bağlı problemi olan müəllimlər çalışdıqları məktəbə müraciət etsinlər, məsələ onlarla birgə araşdırılsın. Eyni zamanda belə məsələlərdə yerli təhsil idarəetmə orqanının köməyindən də yararlana bilərlər. İstənilən halda işə götürən müəssisə ümumtəhsil müəssisəsidir. Müəllimlər də belə problemləri məktəb rəhbərliyi ilə aydınlaşdırmalıdırlar”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları