Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-15 10:50:00
Təhsil Nazirliyi qabaqcıl müəllim və məktəb rəhbərlərini təltif etdi - SİYAHI

Təhsil Nazirliyinin 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan   edilməsi   haqqında  əmrinə uyğun olaraq, 2 mərhələdə-rayon (şəhər) və ölkə mərhələləri üzrə pedaqoji mühazirələr yekunlaşıb. 

AzEdu.az xəbər verir ki, mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübələrini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib. 

Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 1640 məruzə dinlənilib, onlardan 174-ü respublika turuna təqdim olunub. Həmin məruzələr mütəxəssis ekspertizasından keçirilərək 116 mühazirə yekun mərhələyə təqdim edilib. Ümumilikdə ölkə mərhələsi üzrə 14 bölmədə 113 mühazirə dinlənilib. Proqrama “Ümumtəhsil məktəbinin idarəolunmasının təkmilləşdirilməsi”, “İbtidai təhsilin keyfiyyətinin yüksəldilməsi”, “Ümumtəhsil məktəblərində psixoloji-pedaqoji xidmətin təşkili”, “Tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi”, “İstedadlı şagirdlərlə işin təşkili”, “Pedaqoji əməkdaşlıq müəllim-şagird münasibətlərinin əsasıdır”, “Sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili” bölmələri daxil edilib. 

Təhsil Nazirliyi adları göstərilən təhsil işçilərini I, II, III dərəcəli diplomlar və tərifnamə ilə mükafatlandırıb. Onların arasında ucqar kənd müəllimindən tutmuş, məktəb direktoruna qədər var.

I DƏRƏCƏLİ DİPLOMLA 

Gülşən Sultanova  – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin  ibtidai sinif müəllimi

İlqar Məmmədov – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin psixoloqu

Təranə İsmayılova – Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbin informatika müəllimi

Şəhanə Bədəlova – Ağcabədi rayonu Salmanbəyli kənd tam orta məktəbinin riyaziyyat müəllimi

Mətanət Kərimova – Oğuz şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi

Zöhrə Mirzəyeva – Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

Aytac Abbasova – Laçın rayonu Qozlu kənd tam orta məktəbinin direktoru

 II DƏRƏCƏLİ DİPLOMLA 

Nigar Axundova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

Zemfira Məhəmmədova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi

Sevda Babayeva – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki “Ankara məktəbi” məktəb-liseyinin ibtidai sinif müəllimi

Lalə Abbasova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki A.S.Makarenko adına Humanitar fənlər təmayüllü gimnaziyanın tarix müəllimi

Gülnar Hüseynova – Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

Aliyə Əhmədova – Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin fizika müəllimi

Sevinc Məmmədova – Bərdə şəhəri 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Səidə Quliyeva – Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Elnur Hacıyev –  Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin tarix müəllimi

Akif Xalıqov – Lənkəran şəhəri 6 nömrəli tam orta məktəbin direktoru

Fərqanə Ağayeva – Qəbələ rayonu Zalam kənd tam orta məktəbinin tarix müəllimi 

III DƏRƏCƏLİ DİPLOMLA 

Səadət Cahandarova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Bakı Avropa Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini

Sevda Əlizadə – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki "Ankara məktəbi" məktəb-liseyinin kimya müəllimi

Reyhan Yaqubova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin musiqi müəllimi

Xatirə Quliyeva – Bakı şəhəri 1 nömrəli tam orta məktəbin rus dili müəllimi

Könül Həsənova – Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru

Nazimə Zeynalova – Bakı şəhəri 164 nömrəli tam orta məktəbin direktor müavini

Ülviyyə Şahbazova – Bakı şəhəri 270 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Elçin Atakişiyev – Astara rayonu Lovayın kənd tam orta məktəbinin tarix müəllimi

Mais Quliyev – Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi

Seyran Səfərov – Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin fizika müəllimi

Nurlana Cavadova – Oğuz şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Nazlı İsmayılova – Qax şəhəri 2 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

Aybəniz Məmmədova – Qax rayonu İlisu kənd tam orta məktəbinin direktoru

Bikə Allahverdiyeva – Saatlı rayonu Varxankənd kənd tam orta məktəbinin   Azərbaycan dili və ədəbiyyat müəllimi

Vasif Şıxıyev – Şamaxı rayonu 10 nömrəli tam orta məktəbin tarix müəllimi

Şəfəq Alıyeva – Samux rayonu Ziyadlı kənd tam orta məktəbinin direktoru

Könül Hüseynova – Yevlax şəhəri 3 nömrəli tam orta məktəbin biologiya müəllimi

Elnarə Əhmədova – Şəki şəhər Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbin fizika müəllimi 

TƏRİFNAMƏ İLƏ

Lalə Əliyeva – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Heydər Əliyev adına liseyin tarix müəllimi

Təranə Məmmədova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Heydər Əliyev adına liseyin riyaziyyat müəllimi

Zenfira Əbdürəhmanova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi

Günel Məhərrəmova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu

Nuridə Qarayeva – Bakı şəhəri 13 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Fayaz Hüseynov – Bakı şəhəri 60 nömrəli tam orta məktəbin direktoru

Nübar Qayıblı – Bakı şəhəri 239 nömrəli tam orta məktəbin biologiya müəllimi

Vüsalə Səfərova – Gəncə şəhəri 3 nömrəli tam orta məktəbin direktoru

Aygün Səmədova – Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

Məhəmməd Rəhimov – Ağdaş rayonu M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın riyaziyyat müəllimi

 Könül Nəsirova – Ağstafa şəhəri texniki-humanitar təmayüllü liseyin biologiya müəllimi

Rza Rzayev – Cəlilabad rayonu Pərdi kənd ümumi orta məktəbinin tarix müəllimi

 Rəna Aslanova – Daşkəsən rayonu 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sahib Süleymanov – Goranboy rayonu Məşədiqaralar kənd tam orta məktəbinin riyaziyyat müəllimi

Səbinə Rəsulova – Hacıqabul  rayonu 1 nömrəli tam orta məktəbin biologiya müəllimi

Failə Əliyeva – Hacıqabul rayonu Talış kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Jalə Alızadə  – İsmayıllı rayonu 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 Vilayət Rüstəmov – Qazax rayonu Cəfərli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Lətifə Zəkiyeva – Qusar şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

İlhamə Sultanova – Siyəzən şəhəri 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Nəsibə Bağırova – Sabirabad rayonu Əhmədabad kənd ümumi orta məktəbinin direktoru

Gülnar Mirzəyeva – Şabran rayonu 3 nömrəli tam orta məktəbin biologiya müəllimi

Gülşən Piriyeva – Salyan şəhəri 7 nömrəli məktəb-liseyin kimya müəllimi

Kəmalə Mustafayeva – Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

 Şəlalə Həsənova – Şəki şəhəri 20 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 Könül Məmmədova – Siyəzən rayonu Gil-Gilçay qəsəbə tam orta məktəbinin riyaziyyat və informatika müəllimi

Hakim Nəcəfov – Ucar şəhəri 5 nömrəli tam orta məktəbin direktoru

Nəzakət Əhmədova – Xaçmaz rayonu Xudat şəhər  2 nömrəli tam orta məktəbin  ibtidai sinif müəllimi

Diləfruz Baxşəliyeva – Zəngilan rayonu 11 nömrəli  tam orta məktəbin fizika müəllimi

Flora Kəbirova – Zəngilan rayonu 26 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları