Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 10:40:00
Nazirlikdən bu məktəblərə  XƏBƏRDARLIQ: “Vakansiya varsa, mütləq elan edilməlidir”

“Əgər müəllimə ehtiyac var, amma vakaniya verilmirsə, bu, heç nə ilə izah edilə bilməz. Vakansiya varsa, mütləq elan edilməlidir”.

Bu sözləri  Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin direktor əvəzi Murad Camalzadə deyib. O, izləyicinin “Bakının ətraf kəndlərində bəzi ixtisaslar üzrə müəllim olmasa da, vakansiya verilmir. Bu, nə ilə izah oluna bilər?” sualına cavab olaraq bildirib ki, əgər müəllimə ehtiyac var, amma vakaniya verilmirsə, bu, heç nə ilə izah edilə bilməz:

“Vakansiya varsa, mütləq elan edilməlidir. Sadəcə, məsələ odur ki, bu fakt nə dərəcədə həqiqəti əks etdirir. Əgər belə bir fakt varsa, İnsan Resursları Mərkəzinin feysbuk səhifəsində narazılığınızı bildirə bilərsiz. İstənilən vakant yer Müəllimlərin İşə Qəbulu üzrə müsabiqəyə çıxarılmalıdır.

Bu tədris ilində həmin proseslərə İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən çox cidddi nəzarəıt olunub. İstər şəhər, istərsə də rayonlarda yerləşən ümumutəhsil müəssisələri ilə bağlı. Əməkdaşlarımız  maksimum çalışıblar ki, bu kimi hallar araşdırılsın. Belə bir problemlə qarşılaşsanız, müraciət edin”. 

Qeyd edək ki, İnzibati  Xətalar  Məcəlləsinin  540-cı maddəsində bu kimi hallar üçün cərimə də nəzərdə tutulub. Belə ki, işçilərin payı və ya ştatları  ixtisar edildikdə, işdən çıxarılacaq işçilər və ya boş yerlərə vakansiya barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumatın verilməməsinə görə 50 manat məbləğində cərimə tətbiq edilir. Həmin maddənin ikinci hissəsində isə müvafiq  icra hakimiyyəti oraqanına həmin orqanın  göndərişi ilə işə qəbul olunanlar, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqda müvafiq hesabatın təqdim edilməməsinə görə isə 60 manat miqdarında cərimə nəzərdə tutulub. Qanunvericiliyin tələblərinə görə ancaq 18 saatdan çox dərs saatı olarsa və həmin məktəbdə ixtisaslı kadr olmazsa, o yer vakansiyaya çıxarılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları