Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 12:37:00
Deputat: “Dini təhsilə dair tələblər, İlahiyyat İnstitutuna qəbul balı artırılmalıdır”  

“Azərbaycanda dini dərindən bilən çox sayda din xadimi var”.

 

AzEdu.az-ın  məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

 

Deputat təklif edib ki, İlahiyyat İnstitutuna qəbul üçün bakalavr baza təhsili olan məzunlar seçilsin: “Din hər şeydən əvvəl ilahiyyat və fəlsəfi amildir. Təklif edirəm ki, dini təhsilə dair tələblər artırılsın. İlahiyyat İnstitutuna qəbul balı da artırılmalıdır”.

 

Deputat Sabir Rüstəmxanlı bildirib ki, bu qanunun qəbulu millətin gələcəkdə milli birliyinin təminatında ciddi rol oynayacaq: “Ermənilər hər şeydən əlləri üzüləndə dini abidələrin qorunması məsələsində Azərbaycana cəbhə açırlar. Bizim dağıdılan dini abidələrimiz müzakirə edilmir. Ancaq yarısı bizim olan, ermənilərin olduğu iddia edilən kilsələrin dağıntısı dünya ictimaiyyətinin müzakirə mövzusu olur. Dünyada ikili standartlar hər zaman olub. Yaxşı söz var: “Din qılıncdır, dövlət qındır”. Dövlət də gərək o qılıncı qında qorusun, qılınc qını kəsməsin. Biz Azərbaycanın milli maraqlarının təmin olunmasına çalışmalıyıq. Təəssüf ki, məscidlərimizdəki mollaların bir çoxu oranı qonşu ölkələrin təbliğat meydanına çeviriblər. Elə bil Azərbaycanın öz dərdi yoxdur, onlar ancaq ərəb və fars mifologiyasının təbliğatı ilə məşğul olur. Din xadimlərinin seçilməsinə ciddi yanaşılmalıdır. Ziyalılarımız da yüksək səviyyədə öz dinimizə sahib çıxmalıdır”. (APA)