Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 17:12:00
Qazaxıstan 12 illik təhsilə keçir

2023-cü ildən latın qrafikasının tətbiqinə başlanılacaq

 

Qazaxıstanda  2023-cü ildən latın qrafikasının tətbiqi ilə məktəblərdə 12 illik təhsilə mərhələli keçid başlayacaq. Bu barədə ölkənin  Təhsil və elm naziri Ashat  Aymağambetov bildirib. Nazir qeyd edib ki, yeni sistemə keçid üçün dövlət standartlarının, tədris proqramlarının və tipik tədris planlarının yenilənməsini nəzərdə tutan böyük həcmdə işlər görülməlidir. 

 

"Orta təhsilin inkişafı çərçivəsində dərsliklərin hazırlanması və ekspertizası üçün yeni yanaşmaların da tətbiq edilməsi planlaşdırılır. Dərsliklərin strukturuna və məzmununa tələblər, dərsliklərin müəlliflərinin və ekspertlərinintəlim və sertifikatlaşdırılması tətbiq ediləcək ", - deyə nazir bildirib.  Bundan əlavə, Qazaxıstan tarixi və ümumdünya tarixi üzrə vahid dərsliklər hazırlanacaq.

 

Bu ilin yanvar ayında ölkə hakimiyyəti latın qrafikasına əsaslanan qazax əlifbasının təkmilləşdirilmiş variantını təqdim edib. Əlifbada 31 hərf var. Əlifba yalnız latın əlifbasının əsas sisteminin simvollarından ibarətdir. Bu əlifbada qazax dilinin 28 səsi tamamilə əhatə olunub. Bu variant latın dilində təklif olunan 40 variant arasından seçilib. Latın əlifbasına keçidin səkkiz il ərzində, 2023-cü ildən 2031-ci ilə qədər həyata keçirilməsi  gözlənilir.

 

Hazırda Qazaxıstanın məktəblərində 11 illik tədris həyata keçirilir. Tədris qazax və rus dillərində aparılır. 12 illik təhsil və latın qrafikasına keçidlə ölkədə tədris proqramları və dövlət ümumtəhsil standartları yenilənəcək. Riyaziyyat, informatika və xarici dillərə xüsusi diqqət yetiriləcək.

 

Oruc MUSTAFAYEV

Azərbaycan müəllimi