Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-06 14:23:00
Təhsildə gözlənilməz YENİLİK - Mütəxəsisslər də dərs deyə biləcəklər

“Ali təhsilli mütəxəsisslər də təhsil müəssisələrində dərs deyə biləcəklər”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, bu qayda qanuna edilmiş iki əlavədən biridir:

“Qanuna əlavə edilən iki yeni maddədən biri pedoqoji fəaliyyətlə məşğul olmaqla bağlıdır. Məlumdur ki, əvvəllər yalnız pedoqoji təhsili olan şəxslər məktəbdə müəllim işləmək hüququna malik idi. Yeni əlavə hansısa sahə üzrə ali təhsilli mütəxəssislərə xüsusi qaydalar çərçivəsində təhsil müəssisələrində dərs demək imkanı yaradacaq”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları