Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-17 17:33:41
Kenquru müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olacaq

22 oktyabr saat 11:00-da 20 nömrəli məktəbin akt zalında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi ilə bağlı tədbir təşkil ediləcək.

 

Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutundan AzEdu.az-a məlumat verilib.  

 

Bildirilib ki, məktəb Parlament prospekti 7/11 ünvanında yerləşir.

 

Tədbirə şagirdlərin tək valideyn ilə gəlməsi və özü ilə şəxsiyyət vəsiqəsini gətirməsi tələb olunur.