Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 11:13:00
Universitetlərə qəbul planı artırıldı

 

 

2020 – 2021 – ci il  üzrə  ali  təhsil  müəssisələrinin  bakalavriat  səviyyəsinə  qəbul  planı  artırılıb.

 

AzEdu.az  xəbər  verir  ki, bu  barədə  Nazirlər  Kabinetinin  2020-ci  ilə  dair  hesabatında  məlumat  verilib.

 

Qeyd  edilib  ki, qəbul  planı   əvvəlki  ilə  nisbətən  48,3  min  nəfərdən 49,4  min  nəfərədək, yəni  2,3 %  artıb.

 

Dövlət  sifarişi  üzrə  qəbul  planı  isə  əvvəlki  ilə  nisbətən  7,1%  artırılıb, yəni 1,5 min  yer  artaraq  21,9  min  yer  olub.

 

Qeyd  edək  ki, bu  da  ümumi  qəbul  planının  44,3%-ni  təşkil  edir.