Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-29 12:47:20
Bu ölkələrdə dini dərslər icbari tədris olunur – Almaniya, Belçika...

Dünyanın inkişaf etmiş ölkələrində təhsil dedikdə çoxlarının ağlına yalnız biznes, iqtisadiyyat, texnoloji sahələr üzrə təhsil gəlir. Amma bu ölkələrdə din dərslərini icbari tədris edən məktəb və universitetlər də az deyil. Çoxları bu ölkələrin orta məktəblərində yalnız robotexnika kimi müasir elmlərin keçirildiyini düşünsə də, hər şey göründüyü kimi deyil. 

AzEdu.az  din dərslərinin icbari keçirildiyi dünya ölkələrini təqdim edir:

Almaniyada aparılan araşdırmaya əsasən, 2017-2018-ci tədris ilində İslam dini  dərsləri alan şagirdlərin sayı iki il əvvələ nisbətən 12 000 artaraq, 54 000-ə çatıb. 2015-2016-cı illərdə isə bu göstəricilərin 42 000 civarında olduğu açıqlanıb.

Almaniyanın 16 əyalətindən  əldə olunan məlumatlara görə ölkə çapında 54 000 tələbə 880 məktəbdə din dərsləri alır.

Hesabata görə, Almaniyanın  9 əyalətində ümumi din dərsləri verildiyi halda iki əyalətin tələbələri mənsub olduqları məzhəbə əsasən din dərsləri alırlar. Ölkənin beş əyalətində isə İslamla bağlı heç bir dərs verilmir. İslamın ən çox  tədris olunduğu bölgə isə Bavariya və Şimali Ren-Vestfalyadır.

Bu dərslərin kimlər tərəfindən keçiriləcəyi və nələrin tədris olunacağı isə əyalətə görə fərqlənir. Məsələn, Şimali Ren-Vestfalyada dinin necə və kim tərəfindən tədris olanacağına Mədəniyyət Nazirliyi və Müsəlman Dərnəkləri təmsilçilərindən təşkil olunan qurumlar qərar verir.

Hessen və Aşağı Saksoniyada İslam dərnəkləri tədris proqramına rəsmi qurumlarla birgə qərar verirlər. Şlesviq- Holstein  əyalətlərində İslam dini ilə bağlı dərslərin keçirilməsinə rəsmi dövlət qurumları nəzarət edir. Müsəlman dərnəklərinin  bu işə qarışmasına icazə verilmir.

Berlində İslam dərsləri orta məktəblərdə fənn  olaraq tədris olunmur. İslam federasiyasının təşkil etdiyi din dərslərində iştirak isə könüllüdür. Rheinland-Pfalz və Saarlan əyalətlərində isə hətta bununla bağlı pilot layihələr tətbiq olunur.

Məzhəbə görə din tədris edən məktəblər də var. Hamburg və Bremen məktəbləri də belələrindəndir. Hamburqda həmin dərslər protestant kilsəsi tərəfindən təşkil olunduğu halda, Bremendə bu bu vəzifəni rəsmi dövlət qurumları həyata keçirirlər.

Zəngin sivilizasiyalı, demokratik və inkişaf etmiş Qərb ölkələrindən sayılan İngiltərədə 1988-ci ildə qəbul edilmiş Təhsil İslahatı Qanunu rəhbər tutularaq, dövlət təhsil ocaqlarında xristianlıqla yanaşı, ölkə daxilində müəyyən sayda ardıcılları olan başqa dinlər də öyrədilir. Xristianlıqla yanaşı yəhudilik, İslam və buddizm öyrədilərkən xüsusi metoddan istifadə edilir. Bu metodda dinlər tədris olunarkən, onların doğru və ya yanlış olduğu araşdırılmır. 

1994-cü il Təhsil Qanununda kilsə ilə dövlət arasında dini təhsil ilə bağlı yaranmış qarşılaşma sonda  razılıqla nəticələnib. Kilsə dövlətin kilsə məktəblərinə müdaxiləsini qəbul edib. Bunun əvəzində dövlət, ona tabe olan məktəblərdə dini təhsili məcburiləşdirib. 1944-cü il Təhsil Qanunun 25-cü maddəsi dini təhsilin məqsədini belə açıqlayır. ‘‘Bütün dövlət və kilsə məktəblərində təhsil hər gin ümumi ibadətlə başlayacaq. Həmçinin, bütün dövlət və kilsə məktəblərində oxuyanalra dini təhsil veriləcək”.

Təhsil Nazirliyi dini istisna olmaqla, digər dərslərin möhtəviyyatını, proqram və məqsədlərini, imtahan formalarını müəyyən etmək hüququna malikdir

1988-ci il Təhsil İslahatçı Qanunlarına görə isə İslam dini də İngiltərənin ibtidai və orta səviyyəli məktəblərində tədris edilməlidir. İslam dini ilk dəfə 1975-ci ildə Birminhem meriyası tərəfindən tədris edilməyə başlayıb və həmin vaxtdan etibarən milli maarif proqramının bir hissəsi olaraq rəsmiyyət qazanıb. 

Xatırladaq ki, 1996-cı ilin əvvəllərində İngiltərənin müsəlmanların çox yaşadığı Batley məntəqəsindəki məktəblərdə oxuyan 1500 nəfər müsəlman şagirdin ailəsi onların dini dərslərə getməsini qadağan etmişdi. Səbəb isə məktəblərdə xristianlığın tədrisinə həddən artıq yer verilməsi, müsəlman olmayan müəllimlər tərəfindən İslam dinin yanlış öyrədilməsi, dini qarşıdurma mövzusunda söhbətlərin ortaya atılması və nəticədə şagirdlərin zehnində İslam dininə qarşı qeyri-düzgün münasibətin formalaşdırılması idi.

Avropa Birliyinin üzvü olan Belçika öz konstitusiyasında dinlə bağlı güzəşlər etməklə kifayətlənməyib.Həm İnsan Haqları Bəyannaməsinin 18 və 26-cı maddələrində, həm də Avropa İnsan Haqları Razılaşmasının 9-cu madəsində, həmçinin, 1990-cı ildə qəbul edilmiş Uşaq Haqları Razılaşmasında, Avropa Konserni və Avropa Birliyi məntəqələrində dini təhsil hüququ təmin edilib.

Belçüka təhsil sistemində məktəblər ümumülükdə dörd qrupa bölünür: bələdiyyə məktəbkəri;dövlət məktəbləri; xüsusi məktəblər; kilsə məktəbləri.


Belçika dövlətinin rəsmən tanıdığı dinlərə (xristian katolik və protestant, İslam, yəhudi və moral) aid dini təhsil bu üç tip məktəblərdə məcburi olaraq tədris edilir.Katolik kilsəsinin açdığı 4-cü məktəblərdə isə xristian katolik din dərsələri keçirilir. Belçikadakı kilsəyə aid olan məktəblərdə İslam dininin tədris edilməsinə icazə verilmir.

1900-cu illərin əvvlərində Amerikanın yalnız Massaçusets  ştatındakı dövlət məktəblərində “İncil” oxumağa və ibadət etməyə icazə verilirdi.1910-1930-cu illər arasında Amerikanın 17 ştatında bu hüquqlar təsbit edilib.
Keçirilən məhkəmələrin 8-i dini dərslərin qadağan edilməsi, 14-ü isə sərbəst buraxılması qərarı ilə nəticələnib. 1960-cı ildə Amerika dövləti məktəblərdə “İncil” oxunması probleminə yenidən qayıdıb. Bu zaman məktəblərdə “İncil” oxunması 5 ştatda məcburi sayılıb, 25 ştatda buna icazə verilib, 11 ştat isə bunun konstitusiyaya zidd olduğunu əsas gətirərək qadağan edib. 1962-ci ildə konstitusiyada edilmiş islahat nəticəsində bütün dövlət məktəblərində xüsusi din təhsili müəyyən şərtlər daxilində sərbəst buraxılıb.

Türkiyə din dərslərinin daha sıx tədris olunması ilə seçilir. Ölkənin 1982-ci il Konstitusiyanın 24-cü maddəsində deyilirdi: “İbtidai və orta təhsil qurumlarında məcburi keçilən dərslərə din mədəniyyəti və əxlaqi biliklər fənni də aiddir”. Bunun nəticəsində ibtidai, orta təhsil məktəbi və liseylərdə “Din mədəniyyəti və əxlaqi biliklər”  adı altında icbari dərslər keçilməyə başladı. Hal-hazırda bu dərs ibtidai məktəblərin 4-5, orta məktəblərin 1,2 ə 3-cü siniflərində həftədə 2saat, liseylərin 1,2 və 3-ci siniflərində isə həftədə 1 saat keçilir. Qeyd edək ki, litseylərdə bu dərs hər il 2 yarımil olamq etibailə cəmi 6 yarım il tədris olunur. 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları