Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-08 12:20:00
HTP çərçivəsində xaricdə təhsil alan tələbənin iştirakı ilə təlim proqramı

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil alanların və məzunların ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə təlimlər keçirilir. 

 

AzEdu.az xəbər verir ki, 8 yanvar saat 17:00-da baş tutacaq  təlim proqramı “Təhsildə tədqiqatın prinsipləri: beynəlxalq təcrübə” mövzusuna həsr edilib. Təlimçi HTP çərçivəsində Macarıstanın Szeged Universitetinin doktorantura səviyyəsi üzrə məzunu Könül Kərimovadır. 

 

Təlimdə iştirak etmək üçün müvafiq link vasitəsilə https://bit.ly/35eRl5s  qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.