Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-08 10:42:00
“Korporativ mühitdə Liderlik” mövzusunda seminar keçiriləcək  

 

BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommukasiya üzrə vitse prezidenti, BDU-nun müəllimi, Bəxtiyar Asalnbəylinin təqdimatında Qələbəyə Dəsətk Hərəkatının “Öyrən və Yaşat” xeyriyyəçilik layihəsi çərçivəsi əsasında "Korporativ Mühitdə Liderlik" mövzusunda Vebindar keçirilicək.

 

AzEdu.az-ın məlumatına görə, vebinarda iştirak üçün hər hansı peşə və ya yaş məhdudiyyəti yoxdur.

 

Korporativ mühitdə Liderlik Vebinarı 14 yanvar, 16:00 da keçiriləcək. Veibarın müddəti 1 saatdır, son 20 dəqiqə sual-cavab olacaq.

 

Vebinarda qeydiyyatdan keçmək üçün Sadəcə Yaşat fonduna 20 azn ödəməlisiniz!

 

Qeydiyyat linki: http://hedefliseyi.edu.az/yashatfondutelimqeydiyyat

 

Vətən müharibəsi zamanı iş adamlarının təşəbbüsü ilə yaradılan Qələbəyə Dəstək Hərəkatı “Öyrən və Yaşat” adlı yeni xeyriyyə aksiyasına start verib. Belə ki, işinin peşəkarları ilə əməkdaşlıq çərçivəsində həftədə bir dəfə onlayn təlimlər keçiriləcək, təlimlər ödənişli olacaq, lakin təlimə gələn bütün ödənişlər YAŞAT fonduna köçürüləcəkdir. Şəffaflığı təmin etmək məqsədilə təlimə qoşulacaq şəxslər müəyyən edilmiş məbləği təlim elan edilən gündən etibarən YAŞAT fonduna ödəyir, ödənişin qəbzini və ya linkini təşkilatçılara göndərərək qeydiyyatdan keçmək istədiyini bildirir. Təlimçilər də, təlim iştirakçıları da bu xeyriyyəçi əməlləri ilə şəhid və qazilərimizə dəstək vermiş olur. Bu bir sosial layihə olduğundan hər təlimin sonunda YAŞAT fonduna ödəniləcək məbləğ ictimaiyyətə açıqlanacaqdır.

 

Hər təlimin sonunda isə Təlimçiyə müharibədə şəhid olmuş qəhrəman oğullarımızın şərəfinə Hədəf Liseyinin xüsusi hədiyyəsi – “Xarıbülbül” suveniri hədiyyə ediləcək.

 

Layihənin müəllifi və moderatoru Qələbəyə Dəstək Hərəkatının sədri, Təhsil texnoloqu f.ü.f.d., dosent Şəmil Sadiqdir.

 

YAŞAT fondunun hesab nömrələri:

Azərbaycan Respublikası daxilində ianələr üçün

Manat hesabı: AZ76IBAZ38090019447968925204

Xaricdən göndərilən ianələr üçün:

USD hesabı: AZ66IBAZ38190018407968925204

EURO hesabı: AZ46IBAZ38190019787968925204

Rubl hesabı: AZ83IBAZ38190018107968925204