Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-04 22:30:00
Müəllimlərin sertifikatlaşdırılması hansı tarixdə keçiriləcək?- Çoxdan gözlənilən rəsmi cavab

 

 

Müəllimlərin sertifikatlaşdırılmadan keçirilməsi vaxtı və qaydaları ilə bağlı müzakirələr təhsil işçiləri arasında geniş müzakirə predmetinə çevrilib.

 

Qeyd edək ki, yola saldığımız 2020-ci ildə təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib.  Lakin müəllimlərin sertifikatlaşdırmadan nə zaman keçəcəkləri hələ tam məlum olmasa da, sosial şəbəkələrdə, müxtəlif təhsil qruplarında bu barədə əsassız informasiyalar yayılır.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov prosesin nə zaman icra olunacağı ilə bağlı ictimaiyyəti bilgiləndirib:

 

“Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı tarix və cədvəl müəyyən olunmayıb. Və bu barədə hər hansı məlumat olarsa bunu ilk olaraq Təhsil Nazirliyinin resursları paylaşacaq”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları