Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-03 16:41:00
Erməni təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblər - FOTO

Təhsil Nazirliyi Ermənistanın təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərlə bağlı infoqrafika hazırlayıb.

 

Nazirlikdən AzEdu.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.

 

Tərtərdə 14, Ağdamda 14, Gəncədə 8, Füzulidə 5, Kəlbəcər və Goranboyda 3, Yevlax, Bərdə və Ağcabədidə isə 1 məktəb binası dağıntılara məruz qalıb.