“15 oktyabra kimi 186 təhsil işçisində COVİD-19 aşkarlanıb”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi və TƏBİB-in birgə keçirdiyi brifinqdə deyib
O, təhsil müəssisələrində şagird və müəllimlər arasında koronavirusa yoluxmadan söz açıb:
“1000 nəfərdən çox şagird koronaviruslu xəstə ilə ünsiyyətdə olub, 400-dən çox şagirddə virus aşkarlanıb. Şagirdlərin 25% məktəbdə yoluxub, lakin onlardan çoxunda ailədaxili yoluxmalar baş verib”
Qeyd edək ki, 19 oktyabrdan 2 noyabra kimi ölkədə olan bütün təhsil müəssisələrində tətil elan edilib.