Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 14:09:00
Müəllim “Son zəng” tədbiri  zamanı ölüb - TOVUZDA

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib. 

AzEdu.az apa-ya istinad məlumat verir ki, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib. 

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.