Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-17 15:06:00
DİM sədri: "Ola bilər ki,I kurs tələbələri sentyabrın 15-də dərsə başlaya bilməsin"  

“Magistraturaya qəbul prosesini 15 sentyabra qədər bitirəcəyik. Eyni zamanda 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi də həmin tarixə qədər bitəcək”. 

 

Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

Onun sözlərinə görə, buraxılış imtahanları bitən kimi nəticələr elan olunacaq: “Artıq 9-cu sinfi bitirib orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi üçün də kifayət qədər vaxt var. Mərhələ-mərhələ bu proses gedəcək. Yalnız bir kontingent qalır, o da ali məktəblərin 1-ci kurs tələbələridir. Ola da bilsin hansısa səbəblərə görə ali məktəblərə qəbul olan birinci kurs tələbələri sentyabrın 15-də dərsə başlaya bilməsin. Bunu indidən deyə bilmərəm. Biz çalışacağıq ki, cədvələ uyğun olaraq sentyabrın 15-nə qədər bütün proseslər bitsin. Yəqin ki, birinci mərhələ bitər, amma boş qalmış yerlərə yerləşdirmə bir az vaxt tələb edə bilər”. 

 

APA