Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 13:22:00
Peşə liseylərinin məzunları attestata yazılacaq imtahan balları və yekun qiymətləri ilə tanış ola bilərlər  

Fevralın 16-da tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak etmiş və “Şagird-məzun” sistemində illik qiymətləri təsdiq edilmiş 3119 nəfər peşə liseyləri məzunlarının yekun qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən aparılıb.

 

 AzEdu.az  xəbər verir ki, peşə liseylərinin məzunları attestata yazılacaq imtahan ballarına və yekun qiymətlərinə aşağıdakı keçiddən istifadə edərək baxa bilərlər: https://eservices.dim.gov.az/sagird/indexsh.aspx.

 

Peşə liseylərinin əlaqələndiriciləri attestata yazılacaq imtahan ballarını və yekun qiymətləri "Şagird-məzun" sistemindən hesabat şəklində çap edə bilərlər.