Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-26 16:22:21
"Mənə qarşı təzyiqlər və iftiralar durmadan artır" - Ucqar kəndin məşhur müəllimi

Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə ona qarşı ittiham və iftiraların artdığını deyir.

Azedu.az xəbər verir ki, bunu H.Əlizadə özünün "Facebook" səhifəsində yazıb. 

H.Əlizadənin sözlərinə görə, iki gündür sosial şəbəkələr və media vasitəsilə ona qarşı ittihamlar səsləndirilir:

“Mənə qarşı ittihamlar və iftiralar artır. Mənə rəsmi olaraq bildirildi ki, məsələ araşdırılır. Təhsil Şöbəsi isə artıq problemin həll olduğunu dedi. Polis Şöbəsi isə izahat almadan belə şifahi halda məni yola saldı. Ancaq iki gündür mənə qarşı sosial şəbəkələr, media vasitəsilə ittihamlar səsləndirilir.

Axı heç bir şagirddən pul yığılmayıb. Sadəcə ideya olub. Az qala məni cinayətkar çıxaracaqlar?  Deyirlər şou-reklam edir, öz mənfəəti üçün edir. Əgər belə idisə onda nə üçün mənə verilən hədiyyə maşını almadım, mənə təklif olunan vəzifəyə getmədim.
Bu gün Gəgiranda baş verən dəyişiklikləri qəbul etmək istəmirlərmi?

Mən nə etmişəmsə icazə ilə və açıq ictimaiyyətlə paylaşaraq etmişəm. Hər şeyi şəffaf və açıq etmişəm. Bütün təndiqlərə hörmətlə yanaşıram. Amma axı açıq paylaşdığım məsələlərdə belə mənə iftira atmaq doğrumu? Yıxılana balta çalmaq üçün fürsətdir. Mənim itirəcəyim nə var ki? Sıravi bir kənd müəllimiyəm”.

Xatırladaq ki, direktor Z.Cavadov rəhbərlik etdiyi məktəbin müəllimi H.Əlizadə barədə polisə şikayət edib. O, buna səbəb olaraq müəllimin məktəb şagirdlərini icazəsiz Bakıya ekskursiya gətirməsini göstərib.