https://www.zirve.edu.az/
21.03.2020 10:44
Rəsulzadənin Novruzla bağlı təəccübləndirici araşdırması - Yanlış qeyd edirik?
Çap et
 
Məhəmmədəmin Rəsulzadə böyük dövlət xadimi olmaqla yanaşı, həm də ədəbiyyatşünas və publisist idi. Onun yazarlıq fəaliyyəti çox məhsuldar olub. Ümumilikdə yüzlərlə məqaləsi 30- yaxın dərgi və qəzetlərdə çap olunub.
 
 
 
Rəsulzadə yazılarında ədəbi tənqiddən, tarixi-fəlsəfi təhlillərdən  də qaçmayıb. O yeri gəldikdə Azərbaycan tarixi, folklore, ədəbiyyatı barəsində də təhlil yazıları yazıb.
 
 
 
AzEdu.az-ın təqdim etdiyi yazıda da bu təhlillərdən birini görəcəyik. Rəsulzadə Novruzun fəlsəfəsi, onun Şərq tarixi ilə bağlantısını özündə əks etdirən çox dəyərli faktlarla çıxış edir. Məqalə “Açıq söz” qəzetinin 1917-ci ildəi mart sayında yayımlanıb:
 
 
 
“Baharın birinci ayı olan mart Şərq millətlərinin adətən bayram ayıdır. Bu ayda təbiət tazələnir. Təbii həyata yaxın olan Şərq aləmi də bu tazəlikdən bir zövq alır, tazələnir. Güllər çiçəklənir, gül, giyah içində yaşayan insanlar da tazələnir, ruhlanırlar. Əski iranilər mart ayında Hürmüzdün Əhrimənə qələbə çaldığmı bayram edərdilər. Günəş Hürmüzdün əlaməti idi. Bahar onun səltənəti idi. Qış Əhrimənin vətəni, dondurucu soyuq onun partisi idi. İşıqlı Hürmüzd didarını göstərincə Novruz olurdu. Novruz demək isə ziruh, zivücud nə varsa, hamısının azadlığı demək idi. Arianlarca bu azadlıq ayı olan mart, dastanlarda iranilərin müqabili kibi görülən turanilərcə də qurtuluş ayı idi. Tazə kəşf olunmaya başlayan moğol əsatiri mənidar bir əfsanə nəql ediyor: Bu əfsanəyə görə türklər bir zaman keçilməz bir dağ arxasında “Ərgənəqonda” məhsur olmuş, dünya üzünə çıxmaq imkanını bulmamışlardı. Abadlıqdan uzaq düşən bu yol azmışlara bir “alakeik” (keçi) tapılmış, süd vermişdi. Bu ürək bıkdırıcı əsarətdən illər, əsrlər keçmiş lürklər (moğollar) geniş dünyaya çıxmaq üçün yol tapmamışlardı. Halbuki gündən-günə ürüyor, artıyor, “hasar”ı yarıb çıxmaq kəndilərindən ötrü bir ehtiyac halını alıyordu. Nagah haradansa gözlərinə bir qurd (purtəçnə) göründü. Bu qəribə heyvanı qovdular, ardından düşdülər. Heyvan özünü dağdakı dəliklərdən birisinə vurub o biri tərəfə keçdi. Bu dəlik hasar içində qalmış türkləri maraqlandırdı. Tədqiqə başladılar. Dağları yıxmaqdan aciz olduqlarmı gördülər. Tamam məyus olduqları bir sırada idi ki, aralarından bir dəmirçi tapılıb dağın qurd keçdiyi yerinin “filiz” (metal) olduğunu anladı. Haman odun və ot-uvvar yığıb odladılar, dağı əritdilər. Açıq dünyaya keçdilər. Əsarətdən qurtuldular. 
 
 
 
Bu “qurtuluş” əsatircə martın 9-da vaqe olmuşdu. Şayani-etinadır ki, nicat və azad olmaq mənasına gələn türkcə qurtulmaq və qurtuluş sözləri haman qurd və olmaq sözlərindən tərkib ediyor. Qurtulmaq ehtimal qurd olmaq demokdir ki, qurd kibi yol bulub bu mühasirədən çıxmağa dəlalət edir. Şərqin iki böyük milləti novruz ilə qurtuluşunu mart ayında bulmuşdur”