Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 14:43:00
 Narazı  namizədlər yalnız bu tarixlərdə  DİM-ə müraciət edə bilərlər-Magistratura imtahanları

Məlum olduğu kimi fevralın 23-ü respublikada ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.  İmtahanda iştirak üçün 15738 bakalavr qeydiyyatdan keçib.

AzEdu.az xəbər verir ki,  DİM tərəfindən magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb.

Bakalavrlar Apelyasiya komissiyasına 24-26 fevral 2020-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Qeyd edək ki, fevralın 24-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.