Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 16:34:00
Pedaqoji fəaliyyətinə qadağa qoyulacaq şəxslərin kateqoriyası müəyyən olunur

Azərbaycanda pedaqoji fəaliyyəti qadağan edən halların siyahısı müəyyənləşdirilib. 

AzEdu.az apa-ya istinadən məlumat verir ki, bu məsələ prezident tərəfindən “Təhsil haqqında” qanuna əlavə üçün təklif edilən 36-1 (Pedaqoji fəaliyyət ilə məşğul olma) maddəsində əks olunub. 

Layihəyə əsasən aşağıdakı şəxslər Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər: 

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;

- ağır, xüsusilə ağır cinayət törətdiyinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər; 

Maddədə o da bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyət ilə məşğul ola bilməzlər. 

Layihə Milli Məclisin mayın 22-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.