Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-01 14:10:00
Dünyanın ən ağıllı uşaqları - 9-10 yaşlı universitet məzunları

Bu il Eyndhoven Texniki Universitetinin 9 yaşlı məzunu olduğu bildirilən Loren Simons adlı uşaq medianın gündəmini zəbt etdi. 9 yaşlı vunderkind məzun olmadan universitetdən sənədlərini geri götürdü. Dünyada universitetdən məzun olan azyaşlı uşaqlar kifayət qədər çoxdur.

 

 AzEdu.az onları təqdim edir:

 Kim Unq Yonq -1962-ci ildə Koreyada doğulub və dünyanın ən ağıllı insanı kimi Ginnesin rekordlar kitabına düşüb. 4 yaşında universitetə oxumağa başlayan koreyalı 15 yaşında Kolorado universitetində müdafiə edib. 6 yaşına qədər fizika fakültəsində qonaq kimi dərslərə qatılıb. 7 yaşında NASA tərəfindən ABŞ-a dəvət edilib. 1978-ci ildə Koreyaya qayıdaraq yerli universitetlərdən birində dərs deməyə başlayıb.

 Maykl Kevin Kearni - Hazırda 26 yaşı olan Kevin 10 yaşında universitet bitirib. Kevin 4 aylıq ikən danışmağa başlayıb. Altı aylığında sol qulağında problem olduğundan həkim yanına aparılıb. 10 aylıq olanda oxumaq-yazmaq öyrənib. Onun adı universitet bitirəndə ən gənc insan kimi Ginnesin rekordlar kitabına düşüb. Bundan əlavə o, “Kim milyonçu olmaq istəyir?” yarışmasının qalibi olub. Yarışmanın finalında “dosta zəng” köməyindən istifadə edib. Hamı onun sualın cavabını atasından soruşacağını düşünsə də, o, “Ata, 1 milyon dolları aldım. Evə gəlirəm”, - deyib.

 Corc Smit -1990-cı ildə doğulan Corc Smit 2 yaşında yazıb-oxumaq öyrənib, 10 yaşında universitetə daxil olub. Smit boş vaxtlarında dünyadakı uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olub. 23 yaşlı gənc vaxtilə Bill Klinton, Mixaıl Qorbaçovla görüşüb, BMT-də çıxış edib. Bütün bu uğurlarına görə, Corc Smit 4 dəfə Nobel mükafatı laureatı olub.

 Saul Aron Kripke - S.Kripke 4-cü sinifdə riyaziyyat dahisi adını qazanıb. Orta məktəbdə oxuduğu müddətdə Harvard universitetindən iş təklifi alıb. O bu gün də dünyada yaşayan ən gənc filosofdur.

 Bu siyahını uzatmaq da olar.

 Bəs bu uşaqların öz həmyaşıdlarından fərqlənən həyatı gələcəkdə onlar üçün hansı problemlərin yaranmasına səbəb olur?

 Psixoloq Elnur Rüstəmov  bildirib ki, bu cür uşaqlar istedadlılar kateqoriyasına aid edilir:

 “Onlar hansısa istiqamətdə xüsusi istedada malik olur və onlarla, adətən digər uşaqlardan fərqli formada iş aparılır. Belə uşaqlar mütləq psixoloq nəzarətində olmalıdır. Çünki hər bir insanın intellektual yaşı ilə yanaşı, onun emosional yaşı da olur. Adətən, bu cür uşaqlarda intellektual yaş kifayət qədər inkişaf etsə də, emosional yaş yaşıdları ilə uyğun olur. Bu da onların oxuduğu, yaxud işlədiyi kollektivdə münasibətlərdə problemlərin yaşamalarına səbəb olur”.

 Rüstəmovun sözlərinə görə, intellekti yüksək olan uşaqların emosiyaları kollektivdəki digər yaşda olan insanların emosiyaları ilə üst-üstə düşmür: ”Bu, həmin uşaqlarda xroniki yorğunluq, ünsiyyətdə, ətrafla münasibətlərdə problemlərə yol açır. Burada söhbət təkcə Lorens nümunəsindən getmir. Onların vaxtında aşkar olunması, istedadının vaxtında ortaya çıxarılması və uyğun sosioloji-psixololji mühitin yaradılması olduqca vacibdir. Çünki onların istedadı zamanında ortaya çıxarılmadıqda, zaman keçdikcə təhsildən uzaqlaşa, öz potensialını ifadə etməkdə çətinlik çəkə bilərlər”.

 Psixoloq qeyd edib ki, ümumiyyətlə, istedadlı uşaqlarla işləmək təhsil sahəsində ən mühüm məqamlardan biridir: “Birinci növbədə istedadlı uşaqları vaxtında aşkar etmək, düzgün istiqamətləndirmək vacibdir. Bunun üçün xüsusi üsullar var. İnkişaf etmiş ölkələr bundan geniş istifadə edirlər. Dünyada bu istiqamətdə tədqiqatlar indi də geniş aparılır. Alınan nəticələr praktikaya tətbiq olunur. Azərbaycanda da bu istiqamətdə tədqiqat aparılmalıdır. İstedadlı uşaqlar zamanında aşkar olunmalı, onlar lazımi istiqamətlərə yönləndirilməlidir. Rayon və kənd məktəblərində bu cür uşaqlar çoxdur. Onların potensialı zamanında aşkarlansa, gələcəkdə bu insan kapitalı bizə böyük fayda gətirəcək. Təhsildə sosial-psixoloji dəstək, təhsil probleminin özəyini təşkil edir”(lent.az)